Tez-tez qrip olanlara çarə tapıldı - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər tez-tez qrip olanlar varsa, mütləq oktyabr-dekabr ayları arasında vaksin olunmalıdırlar”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Həkimin sözlərinə görə, immuniteti təbii yollarla yanaşı dərman preparatları ilə də gücləndirmək olar:
“Lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qida rasionunun formalaşmasıdır. Eləcə də yuxu rejiminə fikir vermək, aktiv həyat keçirmək önəmlidir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu, həkim nəzarəti olmadan edilməməlidir”.
Oxşar xəbərlər
Niyə bəzi dərmanlar apteklərdən yoxa çıxıb? - ARAŞDIRMA
Ölkədə dərman preparatları ilə təminatda böyük problem yaşanır. Vətəndaşlar bir çox dərmanları apteklərdə tapa bilmirlər. Çox hallarda isə reseptdəki dərmanları...