Təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın yaşadığı evdə xatirəsi anılır

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyevanın yaşadığı evdə xatirəsi anılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Hökumə Əliyevanın yaşadığı binanın həyətində xatirə lövhəsi qurulub, yaxınları onun ailəsinə başsağlığı üçün toplaşıb.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Qalereya
Oxşar xəbərlər
Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu - Səbəbləri nələrdir?
Yosunlar, lil və digər bioloji qalıqlar. Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil. Qumluq əraziləri isə alaq otu və qamışlıq...
