Teymur Musayev: "Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil"
"Türk dövlətləri arasında onkologiya sahəsində əməkdaşlıq güclənir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.
Nazirin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi bu konqres Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında səhiyyə, xüsusən də onkoloji xidmət sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir:
"Bu, birgə elmi-tibbi təcrübə mübadiləsinin, ortaq layihələrin və innovativ yanaşmaların inkişafı üçün platformadır".
Nazir vurğulayıb ki, onkoloji diaqnoz artıq ümidverici müalicə çağırışına çevrilib.
O bildirib ki, erkən diaqnostika, kompleks müalicə üsulları və dövlət dəstəyi nəticəsində Azərbaycanda onkoloji xəstəliklərə yanaşma dəyişib:
"Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil, həyat keyfiyyətinin qorunması və bərpası məqsədilə mümkün və effektiv müalicənin başlanğıcı kimi qəbul edilir".
Oxşar xəbərlər
95 yaşlı dərzinin başına gələnlər
məyi, alnının təri ilə çörək qazanır. Usta Rasim anasından xatirə qalan və 100-dən çox yaşı olan tikiş maşınını göz bəbəyi kimi qoruduğunu bildirib. Təcrübəli s...