Teymur Musayev: Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyənlərlə bağlı DNT analizləri götürülüb

Teymur Musayev: Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyənlərlə bağlı DNT analizləri götürülüb
Sosial 120

Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyənlərlə bağlı DNT analizləri götürülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Yeni Klinikaya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda proses davam edir:

"Ona görə də əlavə məlumat verə bilməyəcəyəm".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Oxşar xəbərlər

1 maydan bu qadağa qüvvəyə minir - Sentyabra qədər...

1 maydan bu qadağa qüvvəyə minir - Sentyabra qədər...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1...

44 Sosial 12:32 28 aprel 2025

Son xəbərlər