Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fevral ayının 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumu açıqlanıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar.
Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər.
Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb.
Hər iki şəxsin sol ayağı amputasiya edilib.
Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...