Terrorçuluğu maliyyələşdirmə və cinayətkar birlikdə iştirakda təqsirləndirilən şəxsə hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştirak etmədə təqsirləndirilən Aslan Həsənovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Aslan Həsənov 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İttihama görə, Aslan Həsənov ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə xarici ölkə ərazisində yaradılmış cinayətkar birliyin üzvü olaraq həmin cinayətkar birliyin dayanıqlı fəaliyyətinin təmin edilməsində və fəaliyyətində iştirak edib, o cümlədən bu birliyin rəhbərlərinin tapşırığı əsasında terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törədib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 218.2 (cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham edilib.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...