Telekanallarda ədəbi dilin pozulmasına görə cərimələr tətbiq ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Təəssüf ki, hazırda televiziya məkanında ədəbi dilin fonetik, leksik, qrammatik normalarına da əməl olunmur".
BAKU.WS xəbər verir ki, bunu "report"a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.
"Yerli-yersiz alınma sözlərdən istifadə, cümlədə söz sırasının pozulması halları var və bu da aparıcıların nitqində ciddi və yolverilməz məsələdir.
Biz də monitorinq mərkəzi olaraq, bu məsələlərlə bağlı tövsiyə və təkliflərimizi hazırlayır, müşahidələr aparır və xəbərdarlıq olunmaqla dövlət başçısının təsdiq etdiyi kimi cərimələr nəzərdə tutulur", - o bildirib.
Oxşar xəbərlər
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyatın müddəti uzadılıb
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti noyabrın 10-dək uzadılıb. BAKU.WS Dövlət İmtahan Mərkəz...