Telefonda reklamlardan xilas olmağın yolu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Android əməliyyat sistemi istifadəçilərə reklamları deaktiv etmək üçün funksiya təqdim edir. Əlavə proqram yükləmədən reklamları deaktiv etmək mümkündür.
BAKU.WS Trendə istinadla izah edir:
1) İlk öncə telefonun “Parametrlər” bölməsinə daxil olmalıyıq.
2) Açılan pəncərədə “Bağlantılar” bölməsinə keçid edirik.
Qeyd etmək lazımdır ki, müxtəlif telefonlarda bu bölmənin adı fərqli ola bilər.
3) İndi “Daha çox bağlantı” parametrini seçirik.
4) Daha sonra “Fərdi DNS” üzərinə klik edirik.
5) Açılan pəncərədən “Fərdi DNS təminatçısının sahib adı” seçib “dns.adguard.com” yazdıqdan sonra yadda saxlayırıq.
Beləliklə, telefonlardakı reklamlar artıq avtomatik olaraq deaktiv olunacaq.
Qeyd edək ki, “Xiaomi” telefonlarına şamil olunmur.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...