Telefon alarkən buna diqqət edin! - VİDEO

Telefon alarkən buna diqqət edin! - VİDEO
Video
Sosial 2546

Yeni telefon dələduzluğu halı ortaya çıxıb. Hətta nağd aldığınız telefon belə kredit borcuna görə bloka düşə bilər.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi dələduzlar kreditlə telefon alıb onu ucuz qiymətə başqa mağazaya satırlar. Bu isə onu alan ikinci müştəri üçün problem yaradır. Maraqlısı budur ki, artıq belə faktların sayı xeyli çoxalıb.

Mağazadan nəğd ödənişlə təzə telefon alan Orxan Məmmədlinin telefonu bir müddət sonra bloka salınıb.

Telefonu işlədə bilməyən sahibi bununla bağlı telefonu aldığı mağazaya müraciət etdikdə isə məlum olub ki həmin telefon başqa birisi tərəfindən kreditlə alıb. Və ümumiyyətlə işlənməmiş halda yəqin ki ucuz qiymətə başqa bir mağazaya satılıb. İndi isə telefonun əvvəlki sahibinin borcuna görə bağlanıb. Orxan Məmədli deyir ki, indi mağzadan nə pulunu ala bilir nə də əvəzinə başqa problemsiz telefon.

Orxan Məmmədli mağazaya gedəndə hətta onu hədələdiklərini də deyir.

Məsələni dəqiqləşdimək üçün həmin mağazaya üz tutduq. Onlar nəyinki faktı təsdiqlədilər hətta eyni problemlə bir neçə müşətrinin üzləşdiyini də etiraf etdilər.

Satıcıların dediyinə görə telefonun kreditdə olub olmadığını hər hansısa sistem vasitəsi ilə təyin etmək mümkün olmadığından sonradan belə hallar çox olur və ən çox ziyan da onlara deyir.

Hüquqşünas Xəyal Bəşirli isə satıcının həmin telefonun kreditdə olduğunu bilib bilməməsindən asılı olmayaraq məsuliyyət daşıdığını deyir. Onun sözlərinə görə, burda müştəri aldadılıb və haqlı olaraq telefonun dəyərində pul məbləğini, ya da eyni telefonu mağazadan tələb edə bilər.

BAKU.WS

Oxşar xəbərlər

Hitlerin telefonu satılır - QİYMƏT

Hitlerin telefonu satılır - QİYMƏT

Adolf Hitlerin İkinci Dünya müharibəsində düşərgələrdə əsir olan minlərlə yəhudinin ölüm əmrini verdiyi qırmızı telefonu açıq satışa çıxarılıb. BAKU.WS xəbər...

2263 Şou-biznes 22:29 01 fevral 2017

Son xəbərlər