Təhsil Nazirliyinin yeni "Qaynar xətt"i fəaliyyətə başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.
Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.
146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...