Təhsil naziri valideynlərlə görüşüb - FOTO

Təhsil naziri valideynlərlə görüşüb - FOTO
Foto
Sosial 762

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, nazir ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib.

Ceyhun Bayramov müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir həmçinin məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini xüsusi vurğulayıb.

Görüşdə nazir valideynləri maraqlandıran sualları cavablandırılıb, onların rəy və təkliflərini dinləyib.

Qeyd edək ki, Təhsil naziri yeni tədris ilindən məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirir.

Oxşar xəbərlər

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Sentyabrın 28-də Gəncədə səfərdə olan təhsil naziri Ceyhun Bayramov şəhər 4 nömrəli tam orta məktəbdə “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində V-VI sin...

1145 Sosial 19:31 28 sentyabr 2018

Son xəbərlər