Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb - FOTO

Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb - FOTO
Foto
Sosial 381
Oktyabrın 15-də Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Ceyhun Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu bildirib. Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb, həmçinin ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib.Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb.Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mehriban Əliyeva Aydın Süleymanlını təbrik edib

Mehriban Əliyeva Aydın Süleymanlını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yeniyetmə şahmatçımız Aydın Süleymanlını Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar...

459 Siyasət 12:44 13 oktyabr 2019

Son xəbərlər