Təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirmə işi davam etdirilir - FOTO

Təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirmə işi davam etdirilir - FOTO
Foto
Sosial 28

Yeniyetmələr arasında antinarkotik təbliğatın daha da gücləndirilməsi və maarifləndirmə tədbirlərinin aparılmasında sosial lövhələrin mühüm rol oynadığını nəzərə alaraq, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 27 ədəd yeni sosial lövhə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunub.

Dövlət Komissiyasının işçi qrupundan BAKU.WS-ə bildiriblər ki, bununla əlaqədar olaraq, qeyd olunan sosial lövhələrin Bakı şəhəri üzrə fəaliyyət göstərən 27 ümumtəhsil məktəbində quraşdırılması təmin edilib.

Bununla da cari ilin iyul və avqust aylarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunmuş sosial lövhələrin ümumi sayı 46-ya çatdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər