Təcili yardım avtomobilləri üçün 1 milyonluq ehtiyat hissələri ALINACAQ

Təcili yardım avtomobilləri üçün 1 milyonluq ehtiyat hissələri ALINACAQ
Sosial 43

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi "İveco Daily 35S 15/E4 V/P" markalı təcili yardım avtomobillərinin cari təmiri üçün ehtiyat hissələri alacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, ehtimal olunan satınalma dəyəri 985 min manat təşkil edir.

Müsabiqə çərçivəsində avtomobillər üçün geneşləndirici maye baçokunun giriş və çıxış şlanqları, oksigen sensorları, hava ölçən, qaz paylayıcı val və dirsəkli valın datçikləri daxil olmaqla müxtəlif ehtiyat hissələrinin alınması nəzərdə tutulur.

Satınalma müsabiqəsi 11 sentyabr 2025-ci ildə elan olunub. Təkliflərin qəbulu və zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 11:00-da həyata keçiriləcək.

Bu tenderin həyata keçirilməsi nəticəsində təcili tibbi yardım avtomobillərinin nasazlıqları vaxtında aradan qaldırılacaq, onların fasiləsiz fəaliyyəti təmin ediləcək. Bununla da əhalinin təcili tibbi xidmətlərdən daha operativ və təhlükəsiz şəkildə yararlanmasına imkan yaradılacaq.

Son xəbərlər