TƏBİB regionlarda tibbi xidmətləri gücləndirmək üçün YENİ LAYİHƏYƏ start verdi - "Mentor Klinika"
Yeniliklərdən dərhal xəbərdar olun
TƏBİB-in "2025–2027-ci illər üzrə Strateji Planı" çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün "Mentor Klinika" layihəsinə start verilib. Layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı bildirib.
O qeyd edib ki, mentor klinika statusu alan tibb müəssisələri region xəstəxanalarına həkim dəstəyi, tibb bacılarının təlimi, xidmət çeşidinin artırılması və idarəetmə üzrə məsləhətçi funksiyalarını yerinə yetirəcəklər:
"Hazırda göstərilən tibbi xidmətlərin 55%-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45%-i isə regionlar üzrə həyata keçirilir.
Layihənin pilot mərhələsinin 1 il ərzində icra olunması nəzərdə tutulur və biz hesab edirik ki, bu təşəbbüs regionlarda səhiyyə xidmətlərinin balanslı inkişafına mühüm töhfə verəcək".
Şəhanə Xankişiyeva
Qalereya
Oxşar xəbərlər
Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12–15 saat davam edəcəyi gözlənili...