TƏBİB: Gələcəkdə Qarabağın bəzi yerlərində yeni klinikaların yaradılması nəzərdə tutulur
Gələcəkdə Qarabağın bir sıra digər yerlərində yeni klinikaların yaradılması nəzərdə tutulur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Ağalı, Laçın və Xocalı ərazilərində tibb məntəqələri fəaliyyət göstərir, Şuşa, Füzuli və Zəngilanda modul tipli xəstəxanaların qurulması uğurla aparılır:
"Bu bölgələrdə uzun müddət tibbi infrastruktur mövcud olmayıb. İndi isə əhalinin yenidən bu ərazilərə köçürülməsi fonunda sürətli, rahat və dayanıqlı tibbi xidmətin təmin olunması əsas prioritetimizdir. Azad olunan ərazilərdə tibbi infrastrukturun sıfırdan qurulması prosesində TƏBİB yaxından iştirak edir".
Oxşar xəbərlər
Elşad Miri: "Allah bizdən birinci inanmağı yox, bilməyimizi istəyir"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı ilahiyyatçı Elşad Miri olub. O, namazın mahiyyətindən söz açıb: "Allah "Qurani-Kərim"də, sadəcə, "namaz qılın" d...