TƏBİB: Yeni klinika təkcə koronavirusun müalicəsində deyil, digər sahələr üzrə də xidmət göstərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Yeni klinikada bir aydan sonra bütün vətəndaşlara tibbi xidmətlər göstəriləcək".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, Yeni klinikada poliklinika şöbəsi tam fəaliyyətdədir:
"Hazırda bir sıra əməliyyatlar da həyata keçirilir. Bir aydan sonra Yeni klinikada bütün vətəndaşalara tibb xidmətləri göstəriləcək. Yeni klinika artıq təkcə koronavirus xəstələrinin müalicəsinə deyil, digər sahələr üzrə də xidmət göstərəcək. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir".
O əlavə edib ki, bu klinikada Azərbaycanda mövcud olmayan və bu günə qədər həyata keçirilməyən bir sıra əməliyyatlar icra olunacaq:
“Qısa müddətdə robotik cərrahiyyə həyata keçiriləcək”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...