TƏBİB: Xəstəliyin təsdiqi üçün aparılan test orta hesabla 1 günə açıqlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Xəstəliyin təsdiqi üçün aparılan test orta hesabla 1 günə açıqlanır.
BAKU.WS-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma diaqnozu PSR üsulu ilə aparılır: “Testlərin nəticələri 6 saat ərzində açıqlanır, amma test nəticəsinin sistemə yüklənməsi bir qədər vaxt aparır və buna görə nəticənin açıqlanması gecikə bilər. Digər tərəfdən, xəstəliyin sayı artdıqca müraciətlərin də sayı artır”.
V.Əliyev əlavə edib ki, yoluxma sayında artım olarsa, karantin rejiminin müddəti artırıla bilər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...