TƏBİB və BNA maarifləndirici aksiya keçirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri çərçivəsində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Nəqliyyat Agentliyi (BNA) aksiya keçirib.
BAKU.WS xəbər verir ki, nəqliyyat könüllüləri mərkəzin ərazisində sərnişinlərə TƏBİB-in hazırladığı broşürləri paylayıb.
Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub.
Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub.
Eyni zamanda Hava limanı ekspres avtobuslarında TƏBİB tərəfindən hazırlanmış kliniki sağlam olan, lakin COVID-19 virus xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr əks olunan bukletlər paylanılıb.
Qalereya
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...