TƏBİB: "Son aylarda koronavirusdan ölüm və yoluxma sayı azalıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu ilin son ayının 4 həftəsində yoluxmalar arasında 59 %, ölüm sayında 39 % azalma müşahidə olunub".
BAKU.WS xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
"Ölkədə yenə də ən çox pozitiv nəticələr Bakı və Abşeronda qeydə alınıb. Bakıda daha çox Xətai və Binəqədi rayonu ərazisində qeydə alınıb. Vəziyyəti stabil olaraq qiymətləndiririk, vəziyyət nəzarət altındadır", - o əlavə edib.
Oxşar xəbərlər
Yaqut Qarayeva: "Ailə qurmazdan öncə vaksin vurulması tövsiyə edilir"
"Ailə qurmazdan öncə infeksion xəstəliklərə tutulmama üçün vaksin vurulması tövsiyə edilir. Bu, dünya praktikasında da tətbiq edilir. Yeni ailə quran şəxslərə d...