“Tarqovı” növbəti sərt karantin rejimində - FOTO
Bu gecədən etibarən Bakıda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, adi günlərdə əhalinin sıxlığı ilə seçilən Bakının "Tarqovı" adlanan ərazisi - Nizami küçəsində sərt karantin rejimində fəaliyyət tamamilə dayanıb. Ərazidə xidmət aparan polis nəfərlərini görmək mümkündür. Polis əməkdaşları ərazidən keçən şəxsi saxlayaraq icazəsi olub-olmadığını yoxlayıb.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi sərtləşdirilib, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...