“Tariflərin o həddə artırılmasına biz də qarşıyıq” - Nazir müavini
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün ictimai nəqliyyatda 2000 avtobus var, onların da yarısı tələblərə cavab vermir, köhnədir”.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir müavini bildirib ki, bu il 100 elektrikli avtobus ölkəyə gətiriləcək: “Növbəti illərdən bu sayın artmasını proqnozlaşdırırıq. Bu gün bizə ictimai nəqliyyatda 2500 avtobus lazımdır. Bunu özəl sektorun öhdəsinə qoyduq, amma görürük ki, öhdəsindən gələ bilmir. Tariflərin o həddə qədər artırılmasına biz də qarşıyıq. Dünya ölkələrində ictimai nəqliyyatda dövlət dəstəyi var. Bizdə də buna gediləcək”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...