Tanınmış cütlüyün övladı gümüş medal qazandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aparıcı və bloqerlər Tural Yusifov və Səma Abiyevanın övladı Almaniyada keçirilən beynəlxalq olimpiadada gümüş medal qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış cütlük sosial şəbəkədə paylaşım ediblər.
“An etibarıyla bu cavan oğlan Frankfurtda keçirilən STEM Grand Finalda kodlama kateqoriyasında gümüş medal qazandı. Onunla birgə gedən digər komanda yoldaşları da riyaziyyat, təbiət elmləri kateqoriyasından gümüş və bürünc medal qazanıblar”, - deyə Tural Yusifov yazıb.
Həmçinin Səma Abiyeva da bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Gəlir! Dünya üzrə STEM Grand Finalda 10-11-12-ci (Almaniya) siniflər üzrə kodlaşma yarışında gümüş medal qazanıb gəlir! Öz yaşıdları arasında ikinci oldu”.
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...