Tanınmış azərbaycanlı qadın professor vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışan professor Aida Hüseynova vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorunun vəfat səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...