Tale Heydərovun işçisini Azərbaycandan çıxarırlar?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Miqrasiya Xidməti Böyük Britaniya vətəndaşı olan Rebakka Koatesə Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib.
BAKU.WS yeniavaz.com-a istinadən xəbər verir ki, Rebakka Koates Bakıda Avropa Azərbaycan Məktəbində işləyib.
İbtidai sinif müəllimi olan Rebakka Koatesin bu ilin avqust ayında Azərbaycana gəldiyi bildirilir. Daha əvvəl Çində və Özbəkistanda işləyən Rebakka Koatesin iş icazəsinin hansı səbəbdən ləğv olunduğu barədə məlumat verilmir.
Qeyd edək ki, Avropa Azərbaycan Məktəbinin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Bu məktəbdə illik təhsil haqqının 10 min manatdan yüksək olduğu bildirilir.
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...