Taksi sürücüsündən təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə qarşı TƏQDİRƏLAYİQ ADDIM
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda taksi fəaliyyəti göstərən sürüclərdən biri addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o gündəlik istifadə etdiyi avtomobilin önündə AZAL-ın təyyarə qəzası zamanı həlak olan ekipaj üzvlərinin fotosunu yerləşdirib. Şəkildə pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva yer alıb.
Sürücü hörmət və ehtiram əlaməti olaraq fotonun qarşısına güllər də düzüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videonu sözügedən taksidən istifadə edən sərnişinlərdən biri paylaşıb.
Xatırladaq ki, AZAL-ın təyyarə qəzası zamanı həlak olan ekipaj üzvləri İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevaya Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...