Şuşada yeni yaşayış binaları tikiləcək – 49 milyonluq LAYİHƏ
30
may
2025
11:11
Şuşa şəhərində yeni yaşayış binalarının tikintisi üçün növbəti mərhələyə start verilir.
BAKU.WS xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən D-3 yaşayış massivində 10 binadan ibarət yeni kompleksin tikintisi ilə bağlı tender elan olunub.
Layihənin ilkin mərhələsi üzrə işlərin ümumi dəyəri 49 milyon 129 min 815 manat təşkil edir.
Tikinti işləri çoxmərtəbəli yaşayış binalarının inşasını əhatə edir.
Qeyd edək ki, bu layihə Şuşanın yenidən qurulması və əhalinin daimi məskunlaşdırılması istiqamətində görülən işlərin davamıdır.
Oxşar xəbərlər
Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır
2026-2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsi Fəaliyyət Planının əsas məqsədlərindən biri Azərbaycanı texnologiya şirkətlərinin qurulması, maliyy...