"Survivor" iştirakçıları arasında QALMAQAL: "SMS gücünə qalib oldu"

Survivor iştirakçıları arasında QALMAQAL: SMS gücünə qalib oldu
Sosial 173

Türkiyənin reytinqli yarışmalarından olan "Survivor All Star 2022"nin iştirakçıları Nisa Bölükbaşı ilə Adem Kılıçcı arasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, Nisa ilə finala qalan, lakin qalibiyyəti əldən verən Adem onun yarışmanı SMS gücünə qazandığını bildirib:

"Arxamca danışdığı üçün onu sosial şəbəkədə izləmədən çıxartdım. Məncə, bunun səbəbini özü də bilir. Onun sonuncu mübarizədə ünvanıma söylədiyi "İyrənc insandır. Yarışmanı qazanmağa layiq deyil" sözləri mənə çox təsir etdi. Bu yerə gəlmək mənim də haqqım deyil? Qalib olmaq, ən azı onun qədər mənim də haqqım idi.

Belə düşünən insanın mənim həyatımda yeri olmadığına qərar verdim və onu izləmədən çıxartdım. Nisa nəticədə SMS gücünə qalib oldu. Görünür, izləyicilər onu daha çox sevib və sahibləniblər. Buna da hörmətlə yanaşıram".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər