Sürücülərin NƏZƏRİNƏ! Pullu yoldan belə istifadə ediləcək - Bu tarixdən - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu gələn ilin may ayında açılacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.
O bildirib ki, Bakı-Quba yolunda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.
O ki qaldı qiymətlərə, Agentlik sədri əlavə edib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər təqdim olunub və tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...