Sürücülərin NƏZƏRİNƏ: Görmə məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Görmə məsafəsi məhdudlaşacaq
Sosial 9

Fevralın 19-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər