Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sürət həddi endirildi
13
yan
2024
11:16
Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd olunub ki, bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu...