Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir

Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir
Sosial 4

Azərbaycanda dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilir.

BAKU.WS “azxeber.com”a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...

2354 Sosial 00:05 09 dekabr 2020

Son xəbərlər