Sürücülərə dayanma və ya durma qaydalarının pozulmasına görə bu halda cərimə yazıla bilməz - YENİLİK

Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.
Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.
Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.
Oxşar xəbərlər
Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlı Prezidentin imzaladığı Fərmanı şərh edib. Ə.H...
