Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Bundan sonra..
13
noy
2024
14:27
ADY-nin Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən bütün "Stadler" qatarlarında pulsuz "Wi-Fi" xidməti aktivdir.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
"İnternet bağlantısı sərnişinlər üçün kommunikasiya əlçatanlığını, yazışmanı, onlayn axtarışı və digər xidmətləri təmin edir. Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY həmçinin stansiya və vağzallarda mövcud olan "Wi-Fi" zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb",-deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür
Bəzi insanlar baş verən hadisələri digərləri ilə müqayisədə daha çox düşünür, deyilən sözləri uzun müddət yadda saxlayır və kiçik problemləri belə özlərinə də...