Suraxanıda növbəti küçə asfaltlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunda da yollarda aparılan quruculuq işləri davam etdirilir.
BAKU.WS xəbər verir ki, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində məhəllədaxili yolların torpaq və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən küçədə uzunluğu 1000 m olan yolda 6000 kv.m asfalt örtüyü salınır. Yolun əsaslı şəkildə yenidən qurulması sakinlərin gediş-gəlişini xeyli rahatlaşdıracaq, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...