Suraxanı Tibb Mərkəzində təmir işləri görüləcək
03
okt
2025
22:00
Suraxanı Tibb Mərkəzi öz infrastrukturunun təhlükəsizliyi və davamlı fəaliyyətini təmin etmək üçün yeni satınalma elan edib.
BAKU.WS-in məlumatıa görə, mərkəzin ərazisində yerləşən tikililərdə, xüsusən də qazanxana, nasosxana və bina daxili sistemlərdə texniki xidmət və təmir işləri həyata keçiriləcək.
Bu tədbirlər Suraxanı Tibb Mərkəzində mühüm avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsinə, həmçinin xəstəxana şəraitində xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Oxşar xəbərlər
Bakıda 17 yolda nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...