Sumqayıtda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 1-də Sumqayıtda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hazırda TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında (TTYX) 4 nəfərin müalicəsi davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlardan 3-ü (1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti stabil olmaqla) Reanimasiya, 1-i (vəziyyəti stabil olmaqla) isə Travmatologiya şöbəsində müalicə alır.
1 nəfər isə iyulun 2-də yaxınlarının iltizamnaməsi ilə digər ixtisaslı tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, iyulun 1-də Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 11-ci mikrorayonla 42-ci məhəllənin kəsişməsində qeydə alınıb. Nəqliyyat vasitələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı fikir ayrılıqları: Həkim və xəstənin səlahiyyətləri hansılardır?
Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın...