Sumqayıtda ağaclar obyekt tikintisi üçün kəsilir?
Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət parkındakı yaşıllığın məhv edilərək yerinə obyekt tikiləcəyi iddia edilir.
Oxu.Az xəbər verir ki, Sumqayıt sakini bununla bağlı sosial mediada paylaşım edib.
O bildirib ki, el arasında "Göyərçin parkı" adlanan ərazidəki meşəliyin bir hissəsi obyekt tikintisi üçün məhv edilir:
"Eşitdiyimizə görə, burada restoran tikəcəklər. Ona görə də meşəliyin bir hissəsində ağaclar çıxarılır. Biz gözləyirdik ki, yaşıllığı artırarlar lakin, əksi baş verir".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə ağaclar obyekt tikintisi üçün çıxarılmır:
"Nəsimi adına Mədəniyyət və İstirahət parkında quru və təhlükəli vəziyyətdə olan ağaclarla bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Rəy əsasında həmin ağaclar ərazidən götürülür və yerində yeni ağaclar əkilir. Ərazidə hələ də rəyi olan qurumuş ağaclar var və onlar da götürüləcək. Artıq bir neçə gündür ərazidə yeni ağacların əkilməsinə başlanılıb", - deyə cavabda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Məktəblərdə qış tətili başlayıb
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb. BAKU.WS xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrində tədris...