Sumqayıtda 7500 nəfərin qazı kəsiləcək
Sumqayıt şəhərində 7 min 500 abonentə qazın verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Sumqayıt Qaz İstismar Sahəsindən (QİS) məlumat verilib.
Qeyd olunub ki,Sumqayıt şəhəri "Sumqayıt" QTM-in yaxınlığında yerləşən d530mm-lik yerüstü orta təzyiqli qaz kəmərinin karroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı çəkilmiş qaz xəttinin aprelin 23-də saat 10:00 dan etibarən işlər yekunlaşana qədər "Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsi tərəfindən mənbəyə qoşulmaq məqsədilə "Şəhər-4" yerüstü orta təzyiqli qaz xəttinin dayandırılması planlaşdırılır.
Bununla əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllə, Ceyranbatan qəsəbəsinin bir hissəsi, Metallurq bağları ərazisində abonentlərin qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxşar xəbərlər
Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu
Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə qonşuluq münasibətlərini müzakirə mövzusuna çevirib. Belə ki, vətəndaş qonşusunun qapısı üzərində quraşdırdığ...