Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Sumqayıt şəhərində yaşıllıq sahələrinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə işlər görüləcək.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 665.679,30 manat təşkil edir.
Satınalma çərçivəsində şəhər ərazisində müxtəlif dekorativ bitkilərin və ağacların əkilməsi planlaşdırılır.
Siyahıya aşağıdakı bitkilər daxildir:
Qızıl gül – 25 min ədəd (çəhrayı, ağ, qırmızı rənglərdə, 2–3 illik, 25–30 sm hündürlükdə);
Xrizantema – 25 min ədəd (ağ, qırmızı, sarı, çəhrayı, 15–25 sm hündürlükdə);
Primula – 40 min ədəd (ağ və qırmızı rənglərdə, 15–20 sm hündürlükdə);
Kalendula – 17 min ədəd;
Brassica (dekorativ kələm) – 15 min ədəd;
Leylandr (hündürlüyü 2,5–3 metr olan iynəyarpaqlı bitki) – 700 ədəd.
Layihənin icrası nəticəsində Sumqayıtın park və istirahət zonalarında yaşıllıq balansının artırılması, həmçinin ekoloji mühitin yaxşılaşdırılması nəzərdə tutulur. Yeni əkiləcək bitkilər şəhərin əsas prospektləri, bulvar və yaşayış massivlərində yerləşəcək.
Oxşar xəbərlər
Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi q...