"Süd verən qadınların peyvənd olunması məsləhət görülmür" - Həkimdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Dünyaya yenicə uşaq gətirmiş qadınların vaksinasiyası barədə ziddiyyətli fikirlər mövcuddur. Əgər qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda vaksinasiya oluna bilər".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) I Mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.
Onun sözlərinə görə, doğuşdan sonrakı dövrdə qadının bir qədər zəiflədiyini nəzərə almaq lazımdır:
"Əgər zahılıq dövrü bitdikdən sonra ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir.
Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.
Oxşar xəbərlər
Həkim yeni ailə quran cütlüklərə müraciət edib
"Hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərə əvvəlcədən peyvənd olunmaq məsləhət görülür". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Ti...