Söyüdlü kəndinin sakinləri tullantıxana sahəsində monitorinqin nəticələri barədə məlumatlandırılıb - FOTO

Söyüdlü kəndinin sakinləri tullantıxana sahəsində monitorinqin nəticələri barədə məlumatlandırılıb - FOTO
Foto
Sosial 8

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın üzvləri bu gün kəndin sakinləri ilə görüşüb.

"Report"un Söyüdlü kəndinə ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" beynəlxalq monitorinq şirkətinin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələri barədə kənd sakinlərini nəlumatlandırıb.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Micon" şirkəti tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq hazırlanan tövsiyələri səsləndirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər