"Sovetski"də söküntü zamanı təhlükəsizlik qaydalarına riayət olunmur?

Bakının Yasamal rayonu ərazisində, əhalinin "Sovetski" kimi tanıdığı ərazidə söküntü işləri həyata keçirilir.
BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində köhnə tikililər sökülərək ərazinin abadlaşdırılması və yenidən qurulması nəzərdə tutulur.
Son illər ərzində bu ərazidə genişmiqyaslı yenidənqurma işləri aparılsa da, bəzi küçələrdə hələ də söküntü prosesi davam edir.
Söküntü işlərinin məqsədi ərazidə müasir infrastrukturun yaradılması və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Lakin prosesin icrası zamanı təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılması xüsusilə vacibdir.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, aparılan söküntü işləri zamanı təhlükəsizlik qaydalarına heç də tam riayət edilmir. Belə ki, sakinlərdən biri BAKU.WS-ə bildirib ki, "Təzə pir" məscidi ətrafında aparılan söküntü zamanı sakinlər üçün təhlükəli vəziyyət yaranıb:
"Söküntü işləri aparılan yerdə nə lent var, nə də yolu bağlayıblar. Bəzən insanlar hərəkət edən zaman daşlar yola tökülür".
Görüntülərdən də məlum olur ki, bəzi binalardan qopan daşlar və qalıqlar piyada keçidinə yaxın yerlərə düşür. Sakinlər bu cür halların həm piyadalar, həm də ərazidən avtomobillə keçən sürücülər üçün təhlükə yaratdığını vurğulayırlar.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar
Bakı-Sumqayıt yolunda vəziyyət təhlükəli hala çatıb. Yolun üç fərqli hissəsində ard-arda dərin çökmələr müşahidə olunur. BAKU.WS APA TV-yə istinadla xəbər verir...
