Sosial şəbəkələrdə zəlzələ haqqında yalan məlumat yayanları hansı cəza gözləyir? - HÜQUQİ İZAH

Sosial şəbəkələrdə zəlzələ haqqında yalan məlumat yayanları hansı cəza gözləyir? - HÜQUQİ İZAH
Sosial 80

Daxili İşlər Nazirliyi (DİN) bu gecə baş verən zəlzələdən sonra sosial şəbəkələrdə daha güclü təkanların baş verə biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in məlumatında qeyd edilib ki, bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir:

“Nazirlik tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”.

Maraqlıdır, sosial şəbəkələrdə zəlzələ ilə əlaqədar yalan məlumat yayanları, təşvişə səbəb olanları hansı cəza gözləyir?

Oxu.Az-ın məlumatına görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən tənzimlənir.Belə ki, yayılması qadağan edilən informasiyanın internet-informasiya şəbəkəsində yerləşdirilməsi, bunun qarşısının alınmaması inzibati məsuliyyət yaradır.

Bu cür hallar müvafiq olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun pozulması deməkdir.

Qeyd edilən inzibati xətalara görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3929 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər