Sosial şəbəkələrə yaş senzurası: Uşaqları qorumalı, yoxsa məhdudlaşdırmamalıyıq?

Sosial şəbəkələrə yaş senzurası: Uşaqları qorumalı, yoxsa məhdudlaşdırmamalıyıq?
Sosial 35

Rəqəmsal texnologiyanın sürətlə inkişafı ilə sosial şəbəkələr artıq təkcə böyüklərin deyil, azyaşlıların da gündəlik həyatının bir hissəsinə çevrilib. 

BAKU.WS xəbər verir ki, bu isə valideynlər, ekspertlər və qanunvericilər arasında ciddi müzakirələrə səbəb olur: Uşaqları bu platformalardan uzaq tutmaq lazımdırmı, yoxsa onları düzgün istiqamətləndirmək?

Son zamanlar bir çox ölkədə sosial şəbəkələr üçün minimum yaş həddinin artırılması təklif olunur. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı daxil olmaqla, bir sıra dövlətlər 13 və ya 16 yaşdan aşağı şəxslərin bu platformalarda qeydiyyatdan keçməsini məhdudlaşdırmağa çalışır.

Psixoloqlar bildirir ki, uşaqlar hələ tam emosional və sosial inkişaf mərhələsində olduğu üçün sosial mediada qarşılaşdıqları görüntü və mesajlar onların özlərinə münasibətini dəyişə bilər.

Sosial şəbəkələrdəki filtrlənmiş görüntülər, real olmayan gözəllik və həyat tərzi standartları, həmçinin neqativ şərhlər azyaşlılarda özgüvən problemlərinə, depressiyaya və sosial təcridə səbəb ola bilər. Təhlükəli məzmunlardan qorunmaq üçün yaş senzurası vacibdir.

Texnologiyas qadağanla deyil, maarifləndirmə ilə idarə olunmalıdır

Digər tərəfdən, mütəxəssislər bildirirlər ki, tam qadağalar çox zaman effektiv olmur. Çünki uşaqlar yaşlarını gizlədərək hesab aça, gizli fəaliyyət göstərə bilirlər. Əsas məsələ onların rəqəmsal dünyada təhlükəsiz davranma bacarığını formalaşdırmaqdır.

Valideyn nəzarət tətbiqlərinin istifadəsi;

Məktəblərdə rəqəmsal savadlılıq dərslərinin keçirilməsi;

Sosial platformaların uşaq məzmunlarını daha ciddi şəkildə filtr etməsi;

Uşaqların onlayn zamanına limit qoyulması.

Sosial şəbəkələrdən uşaqları tam uzaqlaşdırmaq əvəzinə, onları təhlükələrə qarşı hazırlamaq və onlarla düzgün əlaqə qurmaq daha davamlı və effektiv yanaşma hesab olunur. Həm ailə, həm məktəb, həm də cəmiyyət bu prosesdə birlikdə iştirak etməlidir.

Son xəbərlər