Sosial şəbəkələrdə yayılan görüntü narazılıq yaratdı: AYNA məsələyə reaksiya verdi
Bakıda sərnişin avtobusunun dayanacaqda dayanmaması sərnişinlərin haqlı narazılığına səbəb olub.
Bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Sərnişinlər bildiriblər ki, 38 nömrəli marşrut avtobusu təyin olunmuş dayanacaqda dayanmır və bu səbəbdən onlar yolda qalırlar.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, marşrut avtobusları təsdiq olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və qanunvericiliyə əsasən xətt üzrə müəyyən edilmiş dayanacaq məntəqələrində saxlamalıdır.
"Qeyd olunan ərazidən keçən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi və avtobusların dayanacaq məntəqələrində saxlanılması barədə tapşırıq verilib", - deyə Tural Orucov vurğulayıb.
Oxşar xəbərlər
Necə edək ki, dualarımız qəbul olsun?
Ramazan ayının ən dəyərli gecələrindən biri olan üçüncü Qədr gecəsində milyonlarla insan eyni niyyətlə dua edir. Bəs dua edərkən nələrə diqqət etməliyik ki, dua...