Sosial platformalar cinayət alətinə çevrilir? - DİN rəsmisindən diqqətçəkən açıqlama

Sosial platformalar cinayət alətinə çevrilir? - DİN rəsmisindən diqqətçəkən açıqlama
Sosial 38

"Ölkəmizdə sosial platformaların tənzimlənməsi və oradakı təhlükələrə qarşı mübarizə aparmaq üçün hüquqi baza yaradılmalıdır".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar" adlı panel müzakirəsində çıxışı zamanı səsləndirib.

O bildirib ki, hüquqi cəhətdən zəif tənzimlənən sosial şəbəkələrin artan təhlükəsi və bu platformaların aktiv cinayət alətlərinə çevrilməsi həmin sahədə effektiv tədbirlərin gücləndirilməsini zəruri edir.

"Fikir azadlığı və media arqumentləri ilə bu sahədə yetərli tənzimləmələr aparılmayıb. Nəzarətsiz qalan belə şəbəkələrin daha da genişlənməsi, onların fəaliyyətinin ailə və şəxsiyyət dəyərlərini deqradasiyaya uğratması bir sıra ölkələrdə sosial platformaların hüquqi tənzimlənməyə cəlb olunması ilə nəticələnib. Ölkəmizdə də sosial platformaların tənzimlənməsi üçün müvafiq hüquqi baza yaradılmalıdır. Mövcud qanunvericilik bu mübarizəni tam şəkildə təmin etmir", - deyə Ə.Rzayev vurğulayıb.

Son xəbərlər