Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansı cəza gözləyir?

Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansı cəza gözləyir?
Video
Sosial 16

"Son zəng" tədbiri üçün avtomobil sifariş edə bilərsiniz. Sürücülük vəsiqəsi tələb olunmur. Qiymətlər isə avtomobilin markasından və icarə müddətindən asılı olaraq dəyişir. Saatı 100 manatdan, günü isə 300 manatdan başlayan təkliflər var.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, bəzi avtomobil icarəsi şirkətləri və fərdi maşın sahibləri "Son zəng" tədbirinin yaxınlaşmasından istifadə edərək məktəbi bitirən şagirdlərə əyləncə məqsədilə avtomobil icarəyə götürməyi təklif edirlər.

Bu cür təkliflərə maraq göstərənlərin sayının da az olmadığı bildirilir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən qeyd olunub ki, sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslər ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilərlər.

Qurum valideynlərə və avtomobil icarəyə verən şəxslərə xəbərdarlıq edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər