Son üç saatda İrandan Azərbaycana 30-a yaxın şəxs təxliyə edilib
Son üç saat ərzində Astara Sərhəd Gömrük keçid məntəqəsindən 10 azərbaycanlı, bu dəqiqələrdə 5 Çin, 10 Rusiya, 4 Tacikistan vətəndaşı təxliyə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə report-un cənub bürosu məlumat yayıb.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən fevralın 28-dən martın 2-si səhər saat 10:00-a qədər İrandan ümumilikdə 312 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
*** 11:12
Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu dəqiqələrdə keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.
Qeyd edək ki, bundan əvvəl 50 Çin vətəndaşı da təxliyə olunub.
***
Martın 1-dən bu gün səhər saat 10-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və 2 Tacikistan vətəndaşı təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin, o cümlədən Naxçıvanın nəqliyyat infrastrukturunun inkişa...