Son sutka ərzində dünyada 11 mindən çox insan koronavirusdan həyatını itirib
25
yan
2021
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 98 milyon 794 min 942 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata görə, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 milyon 124 min 193 insan həyatını itirib.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 514 min 98 nəfər olub. Son sutkada 11 min 434 pasiyent infeksiyadan həyatını itirib.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...